525.Az

İntensiv yağış Bakıda fəsadlar törədib


 

İntensiv yağış Bakıda fəsadlar törədib<b style="color:red"></b>

Noyabrın 3-də gecə Bakıda intensiv yağışın yağması ilə əlaqədar fərdi yaşayış evlərinə su dolub.

525.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar olaraq Nərimanov rayonu ərazisində evdən çıxması çətinləşmiş 5 nəfərə köməklik göstərilib.
 
Eyni hadisə Binəqədi rayonunda da yaşanıb.
 
İntensiv yağışın yağması ilə əlaqədar fərdi yaşayış evlərinə su dolması səbəbindən çıxması çətinləşmiş 2 nəfərə müvafiq köməklik göstərilib.

 





03.11.2014    çap et  çap et