525.Az

ABŞ-dan İsrailə 8,7 milyard dollarlıq hərbi yardım


 

ABŞ-dan İsrailə 8,7 milyard dollarlıq <b style="color:red">hərbi yardım</b>

İsrail bu yaxınlarda ABŞ-dən 8,7 milyard dollarlıq hərbi yardım paketi alacağını açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Müdafiə Nazirliyindən edilən yazılı açıqlamada, Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamirin bu gün Vaşinqtonda Tel-Əvivin 8,7 milyard dollar dəyərində Amerika hərbi yardım paketini alması üçün müqavilə imzaladığı bildirilib.

Açıqlamada, yardımın 3,5 milyard dollarının həyati əhəmiyyətli döyüş materiallarının alınmasını, 5,2 milyard dollarının isə hava hücumundan müdafiə sistemlərinin maliyyələşdirilməsini əhatə etdiyi bildirilib.

Qeyd edək ki, Nazirliyin açıqlamasında bildirilib ki, müqaviləyə əsasən, sözügedən məbləğ və avadanlıq yaxın vaxtlarda təhvil veriləcək.

Malik Atilay 

 





28.09.2024    çap et  çap et