525.Az

Yağış evi uçurdu


 

Yağış evi uçurdu<b style="color:red"></b>

Noyabrın 3-nə keçən gecədən etibarən Bakıya yağan güclü yağış bir sıra fəsadlar törədib.

Lent.az-ın məlumatına görə, yağış suları Yasamal rayonu ərazisində Bəşir Səfəroğlu küçəsi 152 ünvanında (Sovetski) fərdi yaşayış evinin çökməsinə səbəb olub. Yamacda yerləşən evin uçması ilə bağlı FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdşları hadisə yerinə cəlb olnub, əraziyə xüsusi təlim keçmiş itlər gətirilib.

Məlum olub ki, uçan evdə yaşayış olmayıb. Hadisə nəticəsində ölən və ya xəsarət alan da qeydə alınmayıb.

 





03.11.2014    çap et  çap et