525.Az

Qəzzada ölənlərin sayı 41,6 min nəfərə çatıb


 

Qəzzada ölənlərin sayı 41,6 min nəfərə çatıb<b style="color:red"></b>

İsrail ordusunun endirdiyi zərbələr nəticəsində Qəzzada həlak olan fələstinlilərin sayı 41 min 595 nəfərə çatıb.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Ümumilikdə 96 251 insan zərər çəkib.

Yalnız son sutkada 9 nəfər ölüb, 41 nəfər yaralanıb.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

 





29.09.2024    çap et  çap et