525.Az

İsrail “Hizbullah” hərəkatına qarşı əməliyyatı yekunlaşdırıb


 

İsrail “Hizbullah” hərəkatına qarşı əməliyyatı yekunlaşdırıb<b style="color:red"></b>

İsrail Hərbi Hava Qüvvələri Livandakı “Hizbullah” hərəkatına qarşı əməliyyatı yekunlaşdırıb.

525.az Report-a istinadən xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Livanda ümumilikdə 120-yə yaxın müxtəlif hədəf vurulub.

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, onun ölkəsi üçün əlçatmaz yer yoxdur:

“İsrail Hərbi Hava Qüvvələrinin nəzarət qülləsini ziyarət etdim, orada Husi terror təşkilatına qarşı zərbəni izlədim. Mesajımız aydındır: heç bir yer bizim üçün çox uzaq deyil”.

 





29.09.2024    çap et  çap et