525.Az

Moldovada prezident seçkiləri ilə əlaqədar Azərbaycanda bir seçki məntəqəsi açılacaq


 

Moldovada prezident seçkiləri ilə əlaqədar Azərbaycanda bir seçki məntəqəsi açılacaq<b style="color:red"></b>

Moldovada oktyabrın 20-də keçiriləcək prezident seçkiləri və konstitusiya referendumu (ölkənin Aİ-yə daxil olması ilə bağlı) ilə əlaqədar Azərbaycan ərazisində bir seçki məntəqəsinin açılması nəzərdə tutulur.

525.az "Report"-a istinadən xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyası (MSK) bununla bağlı müvafiq qərar qəbul edib.

MSK-nın qərarına əsasən, prezident seçkiləri və referendumla əlaqədar 37 ölkədə 231 seçki məntəqəsi yaradılacaq. Seçki məntəqələrinin böyük hissəsi, yəni 60-ı İtaliyada açılacaq.

 





30.09.2024    çap et  çap et