525.Az

İran “Hizbullah”a kömək üçün qoşun göndərməyəcək


 

İran “Hizbullah”a kömək üçün <b style="color:red"> qoşun göndərməyəcək</b>

İran İsraillə mübarizədə “Hizbullah” hərəkatına kömək etmək üçün Livana qoşun göndərmək niyyətində deyil.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib.

“Yaxın Şərq regionunun ölkələri və bütün xalqları, o cümlədən, Livan və Fələstin sionist rejiminin (İsrail nəzərdə tutulur - İ.C.) təcavüzündən müdafiə üçün bütün lazımi imkanlara malikdir. Livan artıq bu işğal rejimini məğlub etməyə qadir olduğunu sübut edib. Odur ki, İran İslam Respublikasının Livana könüllülər və ya yardımçı qüvvələr göndərməsinə ehtiyac yoxdur”, - deyə Kənani bildirib.

Xatırladaq ki, rəsmi Tehran daha əvvəl İsrailin cinayətlərinin cavabsız qalmayacağını bəyan edib.

İbrahim Cəfərov

 





30.09.2024    çap et  çap et