525.Az

Aİ xarici işlər nazirləri fövqəladə iclasa toplaşır - Livandakı vəziyyət müzakirə olunacaq


 

Aİ xarici işlər nazirləri fövqəladə iclasa toplaşır - <b style="color:red"> Livandakı vəziyyət müzakirə olunacaq</b>

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Livandakı vəziyyəti müzakirə etmək üçün sentyabrın 30-da videokonfrans vasitəsilə 27 Aİ ölkəsinin xarici işlər nazirlərinin fövqəladə iclasını çağırıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Borrel özü jurnalistlərə açıqlamasında məlumat verib.

“Təsdiq edirik ki, Ali Nümayəndə bu gün saat 17:00-da Aİ-nin Livandakı son eskalasiyaya reaksiyasını müzakirə etmək üçün fövqəladə qeyri-rəsmi video konfrans çağırır”, - deyə Aİ-nin Ali Nümayəndəsi bildirib.

İbrahim Cəfərov

 





30.09.2024    çap et  çap et