ABŞ-ın Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, şəkər orqanizmdə emal edildikdə son mərhələdə glikasiya adlanan məhsullar əmələ gəlir ki, bunlar da hüceyrə qocalmasını sürətləndirir.
525.az xəbər verir ki, araşdırmanın nəticələri JAMA Network Open jurnalında dərc olunub.
Amerikalı alimlərin araşdırmaları göstərib ki, şəkər özü iltihaba səbəb olur və oksidləşdirici stressin inkişafına kömək edir. Oksidləşdirici stress antioksidan sistemin qeyri-kafi işləməsi nəticəsində reaktiv oksigen növlərinin hüceyrə zədələnməsi prosesidir. Alimlər qida rasionunda artıq şəkərlə sürətlənən digər əsas amilin glikasiya olduğunu aydınlaşdırıblar. Bu, hüceyrə səviyyəsində qocalmanın sürətlənməsinə gətirib çıxarır.
Alimlər hesab edirlər ki, əlavə olunmuş şəkərin gündəlik qəbulunu cəmi 10 qram azaltmaq insanın bioloji yaşına əhəmiyyətli dərəcədə təsir edə bilər. Tədqiqatçılar iddia edirlər ki, bu cür pəhriz düzəlişləri bədəni təxminən 2,4 aya "cavanlaşdıra" bilər. Tədqiqat müəllifləri artıq şəkərin səbəb olduğu mənfi epigenetik dəyişikliklərin geri qaytarıla biləcəyini vurğulayırlar.
Pərvanə Sultanova
çap et