Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqından (Aİ) çıxmaq istədiyinə görə “Brexit”i pozmağa və Britaniyanın əziyyət çəkməsinə çalışıb.
525.az xəbər bu barədə “Politico” nəşri Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun hələ dərc olunmamış “Unleashed” kitabına istinadən yazıb.
Fransa lideri “Brexit”i sarsıtmaq üçün qeyri-qanuni miqrasiyadan istifadə etməyə çalışıb və görünürdü ki, insanları La Manş boğazından keçirən cinayətkar dəstələrə göz yummağa hazırdır. Bundan əlavə, xatirələrində Conson iddia edir ki, Makron “Brexiti” Aİ və dünyagörüşü üçün dəhşətli təhqir hesab edib.
“Politico” onu da xatırladır ki, Consonun Böyük Britaniyanın baş naziri olduğu dövrdə Makronla münasibətləri gərgin olub. Onların “Brexit”, Ukrayna münaqişəsi və balıqçılıq hüquqları ilə bağlı məsələlərdə kəskin fikir ayrılığının olduğu aydınlaşdırılır.
Pərvanə Sultanova
çap et