525.Az

Süleyman Dəmirəl Muzeyi yaxud 769 - Xalq Yazıçısı Anar yazır


 

Süleyman Dəmirəl Muzeyi yaxud 769 - <b style="color:red">Xalq Yazıçısı Anar yazır</b>

Noyabrın 1- Türkiyənin Doqquzuncu Cümhur Başqanı, çağdaş dünyanın görkəmli siyasətçilərindən Süleyman Dəmirəlin 90 yaşı tamam olur. Bakan, Başbakan, millət vəkili, müxalifət lideri nəhayət, Cümhur Başqanı olaraq sayın Dəmirəl 50 ildən artıq bir müddətdə türk siyasi həyatına damğasını basmış, türk dünyasının siyasi həyatında iz qoymuş böyük dövlət adamıdır. Unudulmaz Öndərimiz Heydər Əliyevin şəxsi yaxın dostu olan Süleyman bəy Azərbaycana çox bağlıydı, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsi inkişaf etdirilməsi yolunda əvəzsiz xidmətlər göstərmişdir bu xidmətləri müqabilində Azərbaycanın fəxri vətəndaşlığına layiq görülmüşdür. Süleyman bəy dəfələrlə ölkəmizdə olmuş, müxtəlif səviyyəli nümayəndələrimizi Ankarada qonaqpərvərliklə qəbul etmişdir.

S.Dəmirəllə şəxsən tanışlıq mənə nəsib olub. Ankarada, Bişkekdə, Naxçıvanda, Bakıda qısa görüşlərimizi, Bilkəntdə Füzuli yubileyində çıxışımdan sonra məni xüsusi təbrik etdiyini: “çok duyqusal konuşdunuz” –deməsini heç vaxt unutmuram. “Kitabi-Dədə Qorqudyubileyinə gələrkən hava alanında onu qarşılamağa Prezident Heydər Əliyev Yusif Səmədoğlunu, Elçini, məni dəvət etmişdi bizi xoş sözlərlə qonağımıza təqdim etdi.

Axşam indi Heydər Əliyevin adını daşıyan sarayda Dədə Qorqud bayramı keçirildi. Rəsmi hissədən sonra səhnələşdirilmiş tamaşanın ssenarisini mən yazmışdım. Tamaşa Süleyman bəyin fövqəladə xoşuna gəlmişdi, bizi təbrik edəndən sonraMütləqa bu tamaşanı Türkiyədə göstərmək lazımdır” – dedi.

Amma yazıq ki, bir az mənim təşəbbüssüzlüyüm, daha çox da əlaqədar təşkilatların ətaləti sayəsində bu xoş niyyət baş tutmadı. Bu tamaşayla bağlı bir məzəli ayrıntı da var. Tamaşada Dədə Qorqudun diliyləBu meydanda çox ər qırıldı, az ər qaldı, –deyilir,- qoy az ərlər çox olsun, qoy azərlər çoxalsın”. Təbii ki, bu mənim yazdığım sözlər idiSüleyman bəyin yadında qalıb. Heydər Əliyevə həsr olunmuşTarixə məktubadlı məqaləsində S.Dəmirəl yazır: “Dədə Qorqud demişdir: “Oğul! Sənin adını Azər qoydum, qoy azərilər çoxalsın!” (“Hürriyyətqəzeti, 24 dekabr 2007)

S.Dəmirəl Prezident kürsüsünü tərk edəndən sonra Ankarada olduğum zaman onu ziyarət etməyi özümə borc bildim. Əlaqə saxladıq o vaxt səfirliyimizdə çalışan oğlum Tural nəvəm Rəsulla Süleyman bəyin mənzilinə getdik. Bizi çox mehriban qarşıladı, Azərbaycanla Türkiyənin mədəni əlaqələrinin daha da möhkənlənməsi barədə ətraflı söhbət etdik. “Dəmirəl dünyaadlı müxtəlif ölkələrdə, dövlət başçılarıyla çəkdirdiyi şəkillər, səfərlərinə, görüşlərinə aid mətnlər olan iri albomu isti bir avtoqrafla mənə bağışladı.

Gedən zaman bizi ötürməyə qalxdı ətrafında bir neçə adam da vardı, birdən onlardan aralanıbBir şəkil çəkdirək” – dedi. Təklif ondan gəldi şəxsi fotoqrafı dördümüzün bir neçə şəklini çəkdi. Vidalaşıb ayrıldıq, küçəyə çıxanda TuralBildinmi niyə şəkil çəkdirmək adıyla bizi o biri adamlardan araladı? – dedi, – Fikirləşib ki, bəlkə şəxsi deyiləsi bir sözün ya xahişin var”.

Təbii ki, heç bir şəxsi sözüm, ya xahişim yoxdu. Amma təcrübəli siyasətçinin bu həssaslığı da yaddaşıma həkk olundu.

Bir müddət bundan əvvəl S.Dəmirəlin şəxsən imzaladığı bir məktub aldım:

 Aziz kardeşim, Anar bey.

SiziSüleyman Demirel Demokrası kalkınma müze Külliyesinin, İsparta Vilayətinin İslamköy Belgesində 26 ekim 2014 tarixində gerçekləşdirilecek olan resmi açılış merasiminə davet etməkdən onur mutluluk duyuyorum. Demokrası Kalkınma müzesi sadəcə türk milleti üçün degil, insanlıq üçün hayatımı adadığım yüce dəgərlər olan demokrasi, hürriyət medeniyyət uğrunda bir ömrə yayılmış uzun bir mücadilenin bütün izlerini taşımakdadır... Türkiyədə bir ilk olma özəlliginə haiz olan Demirel Kütübhanesi 50 yılı aşan dövlət siyasət həyatım boyunca bir araya gətirilmiş korunmuş şahsi resmi evrak, arşiv, hatire diger eserleri ehtiva etmekdedir.

Bu vesileylə, bu qürurumuzu mutluluğumuzu Sizinlə paylaşmakdan onur duyacağımı ifadə etmək isterim. Sadəcə şahsim üçün deyil, türk milləti üçün özəl bir anlamı olan bu gözəl gündə, Sizi aramızda görmə imkanına sahib olağacıma ümit ediyorum.

Bu duyğularla, aziz dostum, Sizə aileniz üçün ən iyi dileklerimi ve hissiyatımı ifadə etməkdən mutluluq duyuyorum.

Sayğılarımla Süleyman Demirel
T.C. 9. Cümhurbaşkanı”.

Başa düşürəm ki, bu sayaq dəvətlər standart qəliblərdə yazılır, amma qonaq çağırılan tanınmış siyasətçilərin, dövlət rəsmilərinin arasında Süleyman bəyin bir azəri yazarını unutmaması məni mütəəssir etdi.

Bu günlərdə səfər qrafiklərim çox gərgin idi. Oktyabrın 22- Macarıstandakı hörmətli səfirimiz Vilayət Quliyevin dəvətiylə BudapeştdəSübhün səfirifilminin baxışında iştirak etməli, Macarıstan Yazıçılar Birliyində Mədəniyyət Naziriyində görüşlərim olmalıydı. Oktyabrın 28- Moskvada elə həmin Sübhün səfirifilminin nümayişinə getməliydim. Noyabrın 1- isə Alma-Ataya Qazaxıstan Yazıçılar İttifaqının 80 illik yubileyinə dəvət olunmuşdum. Amma bütün bu vacib səfərlərin sırasında Süleyman bəyin tədbirində mütləq iştirak etməliydim.

Oktyabrın 25- Budapeştdən İstanbula, İstanbuldan Ankaraya uçdum (Macar paytaxtından Ankaraya birbaşa uçuş yoxdu).

Dəyərli dostum, Avrasiya Yazarlar Birliyi Başqanı Yaqub Öməroğlu hava alanına avtomobil göndərmiş, oteldə mənimçün nömrə ayarlamışdı. Uzun yorucu yolçuluqdan sonra axşam 9-da oteldə yerləşdim. Səhərə yaxın saat 4- Spartaya yola düşməli, tədbirə vaxtında çatmaq üçün 400 kilometr yol qət etməliydik. Bir az dincəlmək istəsəm , televizoru qurdum.

Haber türk proqramındaTarix odasıadlı verilişdə başqa bir dəyərli türkiyəli dostumu, görkəmli alim Əhməd Bican Ercilasunu görüb izləməyə başladım. Əhməd bəy uzun illər ərzində böyük zəhmətlə hazırlayıb yenicə nəşr etdiyi bir kitabdanMahmud KaşğarininDivani-lüğət üt türkəsərindən danışırdı. Söhbəti o qədər maraqlı, mənimçün yeni olan faktlarla zəngin idi ki, gecə dördə qədər davam edən bu proqramı gözümün çimirini almadan sonunacan seyr etdim.

Dünyada hər şey bir-biriylə necə bağlıdır. Əhməd Bican bəyLüğət-üt türkdən danışırdı, mənsə xatırlayırdım ki, Ramiz Əsgərin böyük səylə hazırladığı həmin kitabın Azərbaycan nəşrinə Süleyman Dəmirəl maddi yardım göstərib. Bu da Süleyman bəyə azərilər adından daha bir minnətdarlıq üçün tutarlı səbəbdir. Bu kitab hər bir türkdilli xalqın təməl əsərlərindəndir indiyəcən müxtəlif illərdə göstərilən təşəbbüslərə rəğmən Azərbaycanda nəşr edilməməsi dözülməz fakt idi. yaxşı ki, bu məsələ axır ki həll olundu, Ramiz Əsgərə , Süleyman Dəmirələ bir daha təşəkkür.

Səhər 4- Avraziya Yazarlar Birliyinin əməkdaşı İlyas Erənin sürdüyü maşınla Spartaya yollandıq. Yollar sıx duman içində idi özü spartalı olan İlyas söz verdi ki, bir az yavaş sürsə belə, tədbirə vaxtında çatacayıq.

Tədbir isə Spartanın özündə yox, ondan 20 kilometr aralı İslamköy kəndində keçirilməliydi. Süleyman Dəmirəl dünyaya bu kənddə göz açıb.

İslamköyə yetişirik, kiçik kənd (indi artıq bəlkə qəsəbə adlana biləcək məkan) bayram ab-havası içindədir. Yol boyu müxtəlif təşkilatların, şirkətlərin, universitetlərin, ayrı-ayrı şəxslərin göndərdikləri dəmətlər yan-yana düzülərək əlvan mənzərə yaradır. Süleyman Dəmirəlin kiçik qardaşı Şövkət bəyin başqanlıq etdiyi vəqf bu kiçik kənddə bütöv bir kompleks yaradıb. Dəmirəllərin ata-baba evləri restorə edilib ailə müzeyinə çevrilib, yanında analarının adını daşıyan came ucalır, daha sonraSüleyman Dəmirəl Demokrası Kalkınmamüzeyində Türkiyənin S.Dəmirəl dövründə keçdiyi inkişaf yolu bu inkişafın təməlində demokratiyanın durduğu əyani şəkildə əks etdirilir.

Kitabxanaya Süleyman bəyin illərlə topladığı 25 mindən artıq kitab, kino, foto video kasetlər bəxş olunub. Keçiddə suvenir əşyalar, meyvələr, çərəzlər satılır.

Yuzlərlə, bəlkə minlərlə qonağı bura çatdıran maşınlar, qonaqlara qatılan demək olar bütün kənd sakinləri qələbəlik yaradır açığını deyim, bu izdiham yetgililər tərəfindən yetərincə yaxşı təşkil olunmamışdı. Səsgücləndirən cihazlarla dəfələrlə toplaşanlara, basın mənsublarına, hətta jandarma polislərə müraciət olunurdu ki, yolu açsınlar, bir koridor yaratsınlar, heç olmasa tədbirin səbəbkarı içəri keçə bilsin.

Tədbir iri bir mağarda keçirilirdi, ayaq üstə qalanlar oturanlardan çox idi, həm içəri çox isti idi, dışarıda da stullar qoyulmuş mağarda baş verənlər çöldə ekranlarda əks etdirilirdi. Səhnədə yalnız iki iri portret asılmışdıKamal Atatürkün Süleyman Dəmirəlin şəkilləri. Həyatda olduğu kimi portretində Süleyman bəy əfsanələrə rəyavəytlərə daxil olmuş məşhur şapkasını əlində tutub.

Tədbir Atarükün şəhidlərin anımına sayğı duruşuyla Milli marşın (himnin) ifasıyla başladı. Böyük Millət Məclisinin başqanı Cəmil Çiçək, müxalifət partiyalarının liderləri Kamal Qılıncdaroğlu, Dövlət Bahçeli, bəzi indiki sabiq bakanlar, çox sayda millət vəkilləri, valilərin qatıldıqları mərasimdə başqa ölkələrin bir çox hazırda fəaliyyət göstərən dövlət başçıları sabiq prezidentləri, baş nazirləri iştirak edirdilər.

Xanım aparıcı S.Dəmirələ çoxlu təbriklər göndərildiyini söyləyir göndərənlərin adlarını çəkir. İlk olaraq Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin təbriki oxunur gurultulu alqışlarla qarşılanır. İlham Əliyevin təbrikindən sonra yalnız bir təbrikTürkyiə Cümhuriyyətinin 11 Cümhurbaşkanı Abdulla Gülün məktubu oxundu. Çıxışçılardan da yalnız iki nəfər danışdı. S.Dəmirəl vəqfinin Başqanı Şövkət Dəmirəl sonda Süleyman bəyin özü.

Şövkət Dəmirəl muzeyin yaranma təşəbbüsündən söz açdı, uzun zaman qardaşının yanında olaraq onun müxtəlif sənədləri, vərəqləri, məktubları toplayıb qoruduğunu müşahidə edirmiş, zəngin kitabxanaya sahib olduğunu bilirmiş. Özündən sonra bu arxivin, bu mənəvi sərvətin itib batmaması üçün onları bir yerə toplayıb müzey kitabxana yaratmaq fikri burdan doğulub. Təşəbbüsü abisi (böyük qardaşı) dəstəkləyib. İndiSüleyman Dəmirəl Demokrası kalkınma müzeyində minlərlə dokuman, şəkil, foto, Dəmirelin təltif olunduğu nişanlar, əşyalırı hətta ona çəkilən onlarca karikatür toplanıb. Deyildi ki, bəzi siyasilər özlərinə çəkilmiş karikatürlərdən rəncidə olur, hətta karikaturust rəssəmları məhkəməyə verənlər var. S.Dəmirəl isə öz karikatürlərini böyük həvəslə toplayıb, qoruyub saxlayıb indi muzeyində əks olunmasını istəyib.

Şövkət bəy basın mənsublarının verə biləcəyi suallarını qabaqlyaraq dedi ki, bu müzeyin kompleksin yaranmasına dövlətdən, hər hansı sponsordan bir quruş belə alınmayıb, hamsı S.Dəmirəl vəqfinin öz hesabınadır.

Arada iki konsert nömrəsi səsləndi. Süleyman Dəmirəlin sevdiyi şarkıları ifa edən müğənni həm millət vəkiliymiş, alqışlarla qarşılanan ifasında günün siyasi mövzularına da tənqidi münasibəti aydın sezilrdi. İkinci konsert nömrəsi Amerikada yaşayan gənc türk skripkaçısı Canan Andersonun çıxışı oldu. Canan xanım ifasından əvvəl çixış edərək dedi ki, Amerika vətəndaşı olsa da, vətəni Türkiyədir hər yerdə bunu qürurla söyləyir. ABŞ-da təhsil alıb, uzun illlər orda yaşayan Cananın bu yurdsevərlik duyğularıyla bərabər həm səlis türkcə danışması adama xoş təsir bağışlayır. Xatırlayıram ki, bir müddət Azərbaycandan kənar düşmüş bəzi məşhurlarımız öz dillərində danışmağı belə man bilirlər. Hələ ölkəmizin öz içində bərbad bir dildə danışanları demirəm.

Canan xanım Albinioninin Adajiosunu ifa edəndə mənəvi bağların insanları necə yaxınlaşdırmasına bir daha əmin oldum. Demə, bu gözəl melodiya Süleyman bəyin sevimli musiqi əsəri imiş.

Sonda Süleyman Dəmirəl çıxış etdi.

Çıxışının ilk cümləsindən böyük Atatürkəbəlkə bir az nümayişkaranə şəkildədərin ehtiramı hiss olundu. Türkiyə bu gün belə güclü, sivil, çağdaş bir məmləkət olmasıyla böyük Atatürkə borcludur, – dedi,- Türkiyəmiz Atatürkün əsəridir. Mən ömrüm boyu ölkəmizə göstərdiyim hizmətlərimlə Atatürkə olan borcumuzun bir qismini qaytarmağa çalışdım. Amma ona qədər minnətdar olsaq da, azdırdedi Süleyman Dəmirəl.

Çıxışı bir çox məqamlarıyla mənə maraqlı gəldi. Dedi ki, mən bax bu kənddə, yoxsul bir ailədə dünyaya göz açmışam, anam uzaq bir bulaqdan səhənglə evimizə su daşıdığı üçün çiyinləri yağır, əlləri qabar olmuşdu. Atam da başqa kəndlilər kimi Allaha yağmur duası edirdi ki, cadar-cadar olmuş torpaqlarımızı yağışla sulasın. Elə o vaxtlar mən su mühəndisi olmağı qarşıma məqsəd qoydum, bu sahədə Türkiyədə ABŞ-da təhsil alaraq istəyimə çatdım.

Bundan sonra Süleyman bəy hakimiyyətdə olduğu dövrdə Türkiyədə neçə-neçə barajları tikdirməsini xatırlatdı, Türkiyənin su elektrik probleminin məhz onun iqtidarda olduğu illərdə həll olunduğunu vurğuladı. Süleyman bəyi dinləyir təəccüb qalırdım – 90 yaşlı ixtiyar kağızsız, qeydsiz, heç bir yazıya baxmadan hafizəsində saxladığı bütün rəqəmləri bir saat ərzində bir-bir sadalayırdı. 50-ci illərə qədər Türkiyədə neçə avtomobil olduğunu, indi neçə olmasını, o vaxt barmaqla sayılası neçə nəfərin telefondan istifadəsini, indi bu əlaqə vasitəsinin kütləviləşməsini müqayisə etdikcə bu dövrdə baş vermiş qalxınmanın əyani mənzərələri canlanırdı. Demokrasi qalxınma müzeyinin əsas məqsədi elə buydudövlətin əlli il ərzində möcüzəvi bir sürətlə irəliləməsini, ciftçi, aqrar ölkənin yüksək sənayə məmləkətinə çevrilməsini, Karsdan Ədirnəyə, dənizdən Qara dənizə qədər sosselərin-atobanların, dəmir yollarının çəkilməsini, yeni neçə-neçə zavodların inşasını göstərmək... Amma bunu da altını çızaraq söylədi ki, bir ölkəni yalnız sənaye qalxınması-inkişafı, ziraət məhsullarının kalitəsi-keyfiyyəti, güclü ordusuyla deyil, ilk növbədə mədəniyyət sahəsində üğürlarıyla tanıyırlar. Türkiyənin adını dünyada şöhrətləndirən böyük sənətçilərimizə şükran borcumuz vardedi.

Süleyman bəy konkret faktlarla danışdıqca başımdan başqa fikirlər keçirdi. Son vaxtlar milyonlarla insanın faciəsinə bais olmuş, bütöv xalqları əzəli yerlərindən-yurdlarından dədərtmiş, didərgin salmış, sürgünlər, məhbəslər, edamlarla demək olar ki, zədələnməmiş, yaralanmamış ailə qoymayan Stalinə bəraət qazandırmaq istəyənlər tapılır, ən populyar tezisləri budur: Stalin kotanlı, xışlı ölkəni təhvil alıb atom, nüvə silahlı süper dövlətə çevirdi.

Yalnız hədə-qorxu, kiməsə xox gəlmək, açıqca şantaj aləti olan silahları bir yana qoyaq, demək məmləkətin sənayəlişdirilməsi, qalxınması-inkişafı, qababcıl dövlətlər səviyyəsinə çatmasının hansısa-başqa, dinc yolları da varmış. Qanlı-qadalı çevrilişlərsiz, qırğın törədən inqilablarsız, vətəndaş müharibəsində qırılmadan, milyonlarla insanı, bütöv xalqları bədbəxt etmədən ağıllı, insansevər siyasətlə, ardıcıl təkamüllə ən yüksək nəticələrə nail olmaq mümkünmüş. Süleman Dəmirəl məhz bu mesajı, bu ismarışı çatdırmaq istəyirdi dinləyicilərinə.

Daha bir maraqlı məqamDəmirəllər nədən bu muzeyi İstanblulda, Ankarada, qonaqlı-qaralı yerlərdə, minlərlə xarici türisti cəlb edəcək bir məkanda yox, ucqar bir kənddə yapdılar? Özü özünə verdiyi suala Süleyman bəy belə cavab verdi: Əvvəla, qalxınmanın əsas səbəbinin demokrasi olduğunu bir daha isbata yetirmək üçün. Ancaq demokrasi olan bir toplumda yoxsul köylü ailəsində dünyaya gəlmiş çoçuq məmləkətinin ən üst mənsəbinəcümhur başqanlığına çata bilər qoy bu kəndin çocuqları da bunu dərk etsinlər, bilsinlər ki, demokrası hökm sürən ölkədə hər kəsin qabiliyyəti, yorulmaz zəhməti sayəsində ən uca yerləri fəth etmək şansı var.

Süleyman bəy qısa zamanda İslamköyün bu bölgənin mədəniyyət mərkəzinə çevriləcəyinə əmin olduğunu da bildirdi. 

Arada Süleyman Dəmilərin həyatının müxtətlif anlarını, səfərlərini, görüşlərini, çocuqluq fotolarını, ilk gənclik kino-kadrdarını əks etdirən film göstərilirdi. Bu kadrlar burda, bu tədbirdə canlı Süleyman Dəmirəlin görüntülərinə calanırdı. İndi burda, ömrünün bu sinni çağında ekrandakıları seyr edərkən hansı hissləri keçirirdi görəsən Süleman bəy? Bir neçə il əvvəl itirdiyi vəfalı həyat yoldaşı Nəzmiyyə xanımı (onun ölümünə DəmirəlHəyatımın yarısını qeyb etdim” – deyib) əks etdirən, ilk gənclik kadrları göstərilərkən ixtiyar siyasətçinin gözlərinin dolduğunu görürdük. İndi Bakıda bu yazını tamamlayarkən, türk televizionundan kişi müğənninin mülayim səslə ifa etdiyi həzin bir mahınnı dinləyirəm.

qədər gözəlsən,
yaşın on doqquz.
Gəl bura sarılalım,
bu gün var, yarın yoxuz.

Bu mahnı, bu sözlər qəribə bir anımla mənə Süleyman bəyin o tədbirdə keçmişin kadrlarına baxarkən yaşarmış gözlərini xatıratdı. Bilmirəm, bəlkə yanılıram...Yəqin ki, yanılıram, amma mənə elə gəlir ki, o anlar Süleyman bəy qazandığı bütün yüksək mənsəbləri, ucaldığı ən yüksək zirvələri, minlərin, milyonların sevgisini, rəğbətini, hörmətini verərdi ki, heç olmasa bir neçə anlığa o gənclik illərinə, Nəzmiyəsiylə birlikdə yaşadığı günlərə qayıtsın. Əfsus... Həyatın qanınları amansızdır. Birin verib, birin alır...

Yazımın sonunda bir məsələnin üstündən keçə bilməzdim: Süleyman Dəmirəlin Nazım Hikmətə münasibəti. Nazım Hikmət ölum təhdidiylə real təhlükəsiylə üzləşib Türkiyədən qaçmalı olduğu zaman məmləkətində onu demək olar ki, hamı qınadı. O cümlədən, Süleyman Dəmirəl . Hətta Başbakan olduğu zaman Nazım Hikmətə türk vətəndaşlığının qaytarılması məsələsi qaldırılanda S.Dəmirəl məclis kürsüsündən: “Oğlunu Türkiyə Kommunist Partisinə əmanət edən adam türk vətəndaşı olamaz” – demşdi.

İllər keçdi İstanbulda ən böyük dünya dövlətlərinin başçıları iştirak etdiyi toplantının açılışında S.Dəmirəl Mehmet Akif Ersoyun, qapanışında Nazım Hikmətin şeirini böyük coşquyla qürur hissiylə oxudu.

Zaman hər şeyi yerinə qoyur əminəm ki, gəncliyində Anadolu topraqlarından keçərkən xalqının səfalətini, aclığını, yoxsulluğunu öz gözləriylə görmüş bu səbəbdən kommunist əqidəsinə tapınmış Nazım Hikmət Türkiyənin bugünkü qalxınmasına şahid olsaydı, inkişafın başqa, daha dinc, qansız-qadasız təkamül yoluyla getməsinin mümkünlüyünü qəbul edərdi.

Qaldı bir başlığa çıxardığım 769 rəqəminin izahı. Müzeydə karikatürlərin birinin altında verilib bu rəqəm. Süleyman Dəmirəldən bu rəqəmin mənasını soruşanda belə cavab verib: 7 dəfə iqtidara gəlib Başbakan olmuşam, 6 dəfə Başbakanlıqdan getmişəm, Türkiyənin 9-cu Cümhurbaşqanıyam.

28 oktyabr 2014

 





03.11.2014    çap et  çap et