525.Az

Tramp Zelenski ilə yaxşı münasibətləri olduğunu bəyan edib


 

Tramp Zelenski ilə yaxşı münasibətləri olduğunu bəyan edib<b style="color:red"></b>

ABŞ-nin keçmiş prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxşı münasibətləri var. Tramp impiçment qalmaqalı zamanı Ukrayna liderinin hərəkətlərini yüksək qiymətləndirir.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Ukrayna KİV sabiq ABŞ liderinin “The Washington Post” qəzetinə müsahibəsinə istinadən məlumat yayıb.

“Zelenski ilə yaxşı münasibətim var idi. O, xoşuma gəlir”, - Tramp deyib.

ABŞ-nin keçmiş prezidentinin sözlərinə görə, buna səbəb mümkün impiçmentlə bağlı qalmaqal zamanı Zelenskinin hərəkətləridir.

“O (Zelenski - red.) deyə bilərdi ki, lentə alınmadan (söhbətin - red.) xəbəri yoxdur. Amma “Bəli, özümə təhdid hiss edirdim” demək əvəzinə, o belə dedi: “O (Tramp - red.) qəti olaraq səhv bir şey etməyib”, - amerikalı siyasətçi sözlərinə əlavə edib.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski ötən həftə ABŞ-yə səfəri zamanı Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla görüşüb.

 





30.09.2024    çap et  çap et