525.Az

"Barselona"da De Yonq sevinci


 

"Barselona"da De Yonq sevinci<b style="color:red"></b>

"Barselona"nın futbolçusu Frenki de Yonq zədəsini sağaldıb.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ümumi qrupla məşqləri bərpa edib. O, Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda keçiriləcək "Yanq Boyz"la matçda meydana çıxa biləcək.

Məlumatı "Barselona"nın baş məşqçisi Hans-Diter Flik təsdiqləyib.

Qeyd edək ki, de Yonq bu ilin aprelində keçirilən "El-Klassiko"da zədələnmişdi.

 





30.09.2024    çap et  çap et