525.Az

“Xəzər” dünya ədəbiyyatı jurnalı çapdan çıxıb


 

“Xəzər” dünya ədəbiyyatı jurnalı çapdan çıxıb <b style="color:red"></b>

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı olanXəzərdünya ədəbiyyatı dərgisinin növbəti sayı işıq üzü görüb.

 

Dərgi Nobel mükafatçısı Elis Manronun müsahibəsi (tərc. Elcan Salmanqızı) Qisməthekayəsi (tərc. Yaşar) ilə açılır.

 

Qızıl dövrün şairlərirubrikasında Ramiz Rövşənin tərcüməsində Aleksandr Sergeyeviç PuşkininDərsliklərdə olmayan şeirləri ilə tanış ola bilərsiniz. Zakir Fəxri Amerika şairləri Riçard Brotiqan, Dayana di Prima Robinson Ceffersinin poeziyasından nümunələri təqdim edir. Afaq Məsudun tərcüməsindəXilas yolunun yolçuları  “Müqəddəslər onların söylədiklərini oxuya bilərsiniz.

 

Nəsr bölməsində isə görkəmli Argentina yazıçısı Ernesto SabatonunTunel” (tərc. Saday Budaqlı), fransız yazıçısı Marsel PrustunSvana doğru” (tərc. Z.Sarıtorpaq) romanından parça, E.Heminquey (tərc.M.Qarayev) Ruben Bareyronun (tərc. S.Budaqlı) hekayələri verilib. Türkiyə yazıçısı Orxan PamukunMənzərədən parçalaresselər kitabından bir hissəni oxuculara Fərid Hüseyn təqdim edir.

 

Jurnalda həmçininAforizmlər sitatlar”, “Yazıçı yazıçı haqqında”, “Duyğular, düşüncələr”, “Türk qardaşlarımız”, “Debütrubrikalarında bir sıra başqa maraqlı materiallarla tanış ola bilərsiniz.

 

Xatırladaq ki, “Xəzərjurnalı 1989-cu ildən nəşr olunur. Hal-hazırda, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı kimi fəaliyyətini davam etdirir.

 

Jurnalda dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, onların yaradıcılığı, həmçinin memuarlar, gündəliklər, müsahibələr s. ədəbi materiallar peşəkar tərcüməçilər tərəfindən dilimizə çevrilərək oxuculara təqdim edilir.

 

Son illər maddi sıxıntılar səbəbindən dövriliyində fasilələr yaranmış jurnalın bu il 2, gələn ildən isə il ərzində 4 sayının çapı nəzərdə tutulur.
 





03.11.2014    çap et  çap et