525.Az

Yaponiyanın yeni Baş naziri seçildi


 

Yaponiyanın yeni Baş naziri seçildi<b style="color:red"></b>

Yaponiya parlamentinin aşağı palatası ölkənin yeni Baş nazirini seçib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu şəxs Siqeru İsibadır.

İsiba Liberal Demokrat Partiyasının rəhbəridir. 461 parlamentardan 291-i onun lehinə səs verib.

Qeyd edək ki, 67 yaşlı İsiba Yaponiyanın sayca 102-ci Baş naziridir.

L.Tağıyeva

 





01.10.2024    çap et  çap et