525.Az

10 milyonluq "Jiquli"


 

10 milyonluq "Jiquli"<b style="color:red"></b>

Tolyatti sakini  "VAZ 2106" markalı avtomobilini 10 milyon rubla satışa çıxarıb.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 1995-ci ildə istehsal olunan  avtomobilin özəlliyi onun indiyə kimi sürülməməsidir.

Spidometrdə simvolik 10 km, akkumulyatorda 1995-ci ildə istehsal olunması barədə rəqəm, 1995-ci ilin avqustundakı alış çeki və s. "06"nın 29 ildir ki, istifadə olunmadığına sübutdur.

Avtomobillə maraqlananlar çoxdur. Əsas da kolleksionerlər. 

Qeyd edək ki, 10 milyon rubl təxmini 181 min manatdır. Bu qiymətə isə Azərbaycan bazarında 2024-cü il istehsalı olan və "yağın içində" 5 "Hyundai Sonata" almaq mümkündür.

L.Tağıyeva

 





01.10.2024    çap et  çap et