525.Az

Mark Rutte NATO-nun 14-cü baş katibi oldu


 

Mark Rutte NATO-nun 14-cü baş katibi oldu<b style="color:red"></b>

Niderlandın keçmiş Baş naziri Mark Rutte NATO-nun baş katibi kimi fəaliyyətə başlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu vəzifədə norveçli Yens Stoltenberqi əvəzləməklə qurumun tarixinə 14-cü baş katib kimi düşüb. Stoltenberq isə fəaliyyət müddətinə görə rekordçudur. O, 10 il NATO-nun baş katibi vəzifəsində qalıb.  

Təhvil-təslim mərasimi NATO-nun mənzil-qərargahında Şimali Atlantika Şurasının xüsusi iclasında baş tutub.

Səlahiyyətlərini təhvil verən Stoltenberq vurğulayıb ki, 2014-cü ildə o, Alyansa qoşulanda NATO Ukraynaya yalnız kiçik dəstək verirdi, lakin indi bu dəstək kütləvidir və koordinasiya üçün NATO-nun xüsusi qərargahı yaradılıb.

İbrahim Cəfərov

 





01.10.2024    çap et  çap et