ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Yaxın Şərqə "təcavüzün qarşısını almaq və daha geniş regional müharibə riskini azaltmaq üçün" bölgədə yerləşən mövcud qüvvələrinə döyüş təyyarələri və bir neçə min gücləndirici əsgər göndərəcəyini açıqlayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq gündəlik mətbuat konfransında danışıb.
"Müdafiə Nazirliyi regionda təcavüzün qarşısını almaq və daha geniş regional müharibə riskini azaltmaq üçün Yaxın Şərqdə ABŞ qüvvələrinin güc mövqeyini daha da gücləndirmək üçün addımlar atır", - Sinq bildirib.
Bölgədə olan USS Abraham Lincoln təyyarə gəmisi donanmasının yerində qalması ilə bağlı təlimat verildiyini ifadə edən Sinq, hava hücumundan müdafiəni gücləndirmək üçün mövcud hərbi varlığa əlavə olaraq, F-15E Strike Eagle, F-16, A-10 və F-22 döyüş təyyarələri və onlara dəstək olmaq üçün "bir neçə min" personalın göndəriləcəyini ifadə edib.
Sinq müxtəlif ehtimallara cavab vermək üçün hazırlıqlarını daha da artırmaq üçün Pentaqonun bölgədə ABŞ hərbi birləşmələrinin yerləşdirilməsinə hazırlıq səviyyəsinin artırıldığı barədə məlumatı da paylaşıb.
Malik Atilay
çap et