525.Az

Türkiyə Ordusu Suriya və İraqda əməliyyat keçirib, 13 terrorçu öldürülüb


 

Türkiyə Ordusu Suriya və İraqda əməliyyat keçirib, 13 terrorçu öldürülüb<b style="color:red"></b>

Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında yeni əməliyyat keçirib.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, İraqın şimalındakı "Pənçə-Kilit" əməliyyat bölgəsində 11, Suriyanın şimalındakı "Barış Pınarı" əməliyyat bölgəsində isə 2 PKK terrorçusu öldürülüb.

Bildirilib ki, Türkiyə ordusu terrorçulara qarşı mübarizəni davam etdirir.

 





01.10.2024    çap et  çap et