525.Az

Nepalda torpaq sürüşməsində 148 nəfər öldü


 

Nepalda torpaq sürüşməsində 148 nəfər öldü<b style="color:red"></b>

Cənubi Asiya ölkəsi Nepalın paytaxtı Katmandu və ətraf şəhərlərdə leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələrində 148 nəfər ölüb.

525.az xarici KİV-ə istinadən bildirir ki, təhlükəsizlik qüvvələrinin verdiyi açıqlamada, Katmandu və ətraflarında 3 gündür davam edən leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri səbəbiylə axtarış-xilasetmə işləri davam edir.

Sel və torpaq sürüşmələri nəticəsində 148 nəfər həyatını itirib, 59 nəfər isə itkin düşüb.

Axtarış-xilasetmə qruplarının rəsmiləri sürüşmə nəticəsində bəzi əsas yolların bağlandığını və avtomobillərin yolda qaldığını qeyd ediblər.

Malik Atilay 

 





01.10.2024    çap et  çap et