İspaniyanın cənub-qərbindəki Kanar adaları qrupuna aid El Hierro sahillərində dünən batmış qeyri-qanuni mühacirləri daşıyan qayıqda olan 27 nəfərin xilas edildiyi, 9 cəsədin tapıldığı, təxminən 50 nəfərin isə itkin düşdüyü bildirilib.
525.az xəbər verir ki, İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin Fövqəladə Yardım Agentliyinin mənbələrinə əsaslanaraq verdiyi xəbərdə, dünən axşam saatlarında El Hierro'nun Las Playas (çimərliklər) sahili açıqlarında nizamsız immiqrantları daşıyan qayığın batdığı açıqlanıb.
Bölgəyə gedən İspaniya Sahil Mühafizəsi qruplarının 27 nəfəri xilas etdiyi, 9 nəfərin isə cəsədini tapdığı qeyd edilib.
Hadisə şahidlərinin sözlərinə görə, qayıqda olduğu deyilən 50-yə yaxın qeyri-qanuni immiqrantın itkin düşdüyü və axtarış işlərinin davam etdiyi bildirilib.
Qeyd edək k,i xilas edilən 27 qeyri-qanuni immiqrantdan 2-nin vertolyotla xəstəxanaya aparılıb.
Malik Atilay
çap et