525.Az

Lukaşenko: "Belarusa hücum edilsə nüvə silahından istifadə edəcəyik"


 

Lukaşenko: "Belarusa hücum edilsə nüvə silahından istifadə edəcəyik"<b style="color:red"></b>

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarusa qərb sərhədlərindən hücum edilən kimi nüvə silahından istifadə edəcəklər.

525.az xarici mediaya istinadən xəbər verir ki, Minskdə universitet tələbələri ilə görüşündə Lukaşenko Belarus və Rusiyanı qorumaq üçün hansı hallarda nüvə silahından istifadə edə biləcəklərini izah edib.

Belarusa hücumun Üçüncü Dünya Müharibəsini başlaya biləcəyini deyən Lukaşenko, Rusiya prezidenti Vladimir Putinin Rusiyaya və onun ölkəsinə qarşı hücumda nüvə silahından istifadəyə icazə verən “nüvə doktrinasının dəyişdirilməsi” araşdırmasını elan etməklə öz bəyanatını təsdiqlədiyini bildirib. 

Lukaşenko ABŞ və Polşa əsgərlərinin NATO qüvvələri olaraq Belarusun qərb sərhədləri boyunca yerləşdirildiyini bildirərək: "Onlar bizə hücum edən kimi nüvə silahından istifadə edəcəyik", - deyib.

Malik Atilay 

 





01.10.2024    çap et  çap et