525.Az

BAEA Ukrayna münaqişəsinin tərəfləri ilə əlaqə saxlayır


 

BAEA Ukrayna münaqişəsinin tərəfləri ilə əlaqə saxlayır<b style="color:red"></b>

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Ukraynadakı münaqişənin bütün tərəfləri ilə daimi əlaqə saxlayır. Qurumun mütəxəssisləri Zaporojye Atom Elektrik Stansiyasında və Çernobıl Atom Elektrik Stansiyasında yerləşir.

525.az xəbər verir ki, bu barədə agentliyin rəhbəri Rafael Qrossi bildirib. Onun sözlərinə görə,

BAEA nüvə təhlükəsizliyi sahəsində mövcud vəziyyət barədə mütəmadi olaraq beynəlxalq ictimaiyyəti məlumatlandırır və bu təcrübəni gələcəkdə də davam etdirmək niyyətindədir.

O qeyd edib ki, bu yaxınlarda Ukraynaya on dəfə səfər edib və münaqişə zamanı atom elektrik stansiyalarının təhlükəsizliyinin əsas prinsiplərinin işlənib hazırlanması məqsədilə BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edib: :Bunun vəziyyəti həll etmək və nüvə insidentinin qarşısını almaq üçün kifayət edib-etməyəcəyini sonra öyrənəcəyik”.

Pərvanə Sultanova 

 





01.10.2024    çap et  çap et