525.Az

Ukrayna: Rusiyanın hücumları nəticəsində 8 nəfər ölüb, 44 nəfər yaralanıb


 

Ukrayna: Rusiyanın hücumları nəticəsində 8 nəfər ölüb, 44 nəfər yaralanıb<b style="color:red"></b>

Ukrayna rəsmiləri son 24 saat ərzində Rusiya ordusunun ölkənin müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 8 nəfərin həyatını itirdiyini, 44 nəfərin isə yaralandığını bildirib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın Donetsk Əyalət Administrasiyasının rəhbəri Vadim Filaşkin açıqlamasında Rusiyanın bölgəyə hücumları nəticəsində 4 mülki vətəndaşın həyatını itirdiyini, 11 mülki vətəndaşın isə yaralandığını bildirib.

Açıqlamada, hücumlarda çox sayda ev və binanın zərər gördüyü bildirilib.

Odessa Əyalət Hərbi İdarə rəisi Oleq Kiper Rusiya qüvvələrinin Odessa bölgəsinə hücumları nəticəsində 3 mülki vətəndaşın həyatını itirdiyini, 3-ü uşaq olmaqla 14 mülki vətəndaşın yaralandığını qeyd edib.

Xerson Vilayəti Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin açıqlamasında bildirib ki, Rusiya ordusunun Xerson və bölgədəki 23 yaşayış məntəqəsini hədəfə alması nəticəsində 1 nəfər ölüb, 19 nəfər yaralanıb.

Malik Atilay 

 





01.10.2024    çap et  çap et