525.Az

İsrail Ordusu: Artıq İrandan təhlükə yoxdur


 

İsrail Ordusu: Artıq İrandan təhlükə yoxdur<b style="color:red"></b>

İranın İsrailə qarşı kütləvi raket hücumu artıq başa çatıb.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari müraciətində bildirib.

Məlumata görə, İsrail hərbçiləri ölkə əhalisinə sığınacaqları tərk etməyə icazə verib.

"İndiki mərhələdə İrandan əlavə təhlükələr müşahidə etmirik. Mühafizə olunan əraziləri tərk etmək mümkündür", - o deyib.

Onun sözlərinə görə, İranın kütləvi raket hücumunun fəsadları olacaq:

"Planlarımız var. Lazım olan vaxt və lazım olan yerdə hərəkətə keçəcəyik".

 





01.10.2024    çap et  çap et