Rumıniya parlamenti prezident Klaus İohannisin ölkədə ukraynalılar üçün hərbi-dəniz təlim mərkəzinin açılması ilə bağlı müraciətini səs çoxluğu ilə təsdiqləyib.
525.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Müraciətdə deyilir ki, Rumıniyanın ərazisində dəniz sahəsində təlim mərkəzi açmaqla, eləcə də Ukrayna dəniz piyadalarının təlim prosesinə dəstək verməklə töhfə vermək imkanı var.
Mərkəzin iki il müddətində fəaliyyət göstərməsi nəzərdə tutulur. Birinci mərhələdə onun maliyyələşdirilməsi və işlərin planlaşdırılması tam Böyük Britaniya tərəfindən həyata keçiriləcək.
Pərvanə Sultanova
çap et