Tanınmış ədəbiyyatşünas-alim və mütərcim Vilayət Quliyevin orijinaldan tərcümə etdiyi və geniş müqəddimə yazdığı dünya bestselleri - məşhur ingilis antiutopisti Corc Oruellin “1984” romanı “Nərmin Yayın Evi” tərəfindən nəfis şəkildə çap edilib.
525.az xəbər verir ki, kitabın satışından əldə olunan gəlir tam şəkildə şəhid ailələrinə yardım fonduna köçürülür.
100 cildlik “Dünya Ədəbiyyatı kitabxanası” da nəzərə alınmaqla bu, 2013-cü ildən bəri məşhur romanın Bakıda, Azərbaycan dilində çapdan çıxan 10-cu nəşridir. İndiyə qədər “Qanun Nəşrlər Evi” əsəri 6 dəfə, “TEASS-Press” nəşriyyatı isə 2 dəfə çap edib. Kitab bazarının problemlər yaşadığı müasir dövrdə bu, olduqca diqqətəlayiq faktdır və müasir Azərbaycan oxucusunun, ilk növbədə isə gəncliyin ciddi ədəbiyyata olan marağından xəbər verir.
çap et