525.Az

Piyadanı öldürən sürücü hadisə yerindən qaçdı


 

Piyadanı öldürən sürücü hadisə yerindən qaçdı<b style="color:red"></b>

Bakıda naməlum avtomobillə 40-45 yaşlı kişi vurulub.

Xəzər rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Binə qəsəbəsi ərazisində dünən saat 19:00 radələrində naməlum avtomobil tərəfindən şəxsiyyəti hələlik polisə məlum olmayan 40-45 yaşlı kişi vurulub. O, hadisə yerinə ölüb.

Qəzanı törədən sürücü hadisə yerindən qaçıb. Sürücünün tapılması üçün əməliyyat-axtarış tədbirləri görülür.

 





16.11.2012    çap et  çap et