525.Az

Ukrayna silah alışı üçün maliyyəni artıracaq


 

Ukrayna silah alışı üçün maliyyəni artıracaq<b style="color:red"></b>

Gələn il Ukrayna silah və hərbi texnika üçün xərcləri 65 faiz artırmağı planlaşdırır.

525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Denis Şmıqal sosial şəbəkə hesabında paylaşım edib.

Baş nazir bununla məqsədlərinin ölkənin müdafiə qabiliyyətini artırmaq, daha uzaq mənzilləri hədəfdə saxlamaq olduğunu bildirib.

Qeyd edək ki, 65 faiz artımı nəzərə alsaq, gələn il Ukraynanın silah və hərbi texnikaya xərci 300 milyard qriven, başqa sözlə, 7 milyard dollar təşkil edəcək.

L.Tağıyeva

 





02.10.2024    çap et  çap et