525.Az

Şumaxer 11 ildən sonra ictimaiyyət arasında göründü


 

Şumaxer 11 ildən sonra ictimaiyyət arasında göründü<b style="color:red"></b>

2013-cü ilin dekabrında Alp dağlarında xizək sürərkən ağır zədə alan 7 qat "Formula-1" çempionu Mixail Şumaxer o vaxtdan ilk dəfə ictimaiyyət arasında görünüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qızı Cini-Mariyanın toyunda iştirak edib.

Toy idmançının Malyorkadakı villasında təşkil olunub. 100-ə yaxın qonağın iştirak etdiyi mərasimdə təhlükəsizlik xidmətinin əməkdaşları çəkiliş aparılmamaları üçün  hamının mobil telefonunu alıb.

Qeyd edək ki, ötən ilin dekabrında qardaşı Ralf Şumaxer Mixaelin bir daha əvvəlki vəziyyətinə qayıtmayacağı barədə açıqlama vermişdi.

L.Tağıyeva

 





02.10.2024    çap et  çap et