525.Az
İşdən çıxarılan prokurorla bağlı açıqlama verilib
Baş Prokurorluq Sumqayıt şəhər prokuroru Dağlar Zeynalovun işdən çıxarılması barədə yayılan məlumatlara aydınlıq gətirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, Dağlar Zeynalov səlahiyyət müddətinin başa çatması ilə əlaqədar tutduğu vəzifədən azad olunub.
Hazırda o Baş Prokurorluğun sərəncamındadır.
03.11.2014
çap et