Nigeriyanın Abeokuta şəhərinin vəhşi heyvanlar parkında faciə yaşanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, parkda yaşayan şirlərdən biri Babaci Daule adlı təlimçini öldürüb.
Üstəlik, bir qrup ziyarətçi faciənin canlı şahidi olub.
Onlara şirlərin necə yemlənməsini göstərmək istəyən 35 yaşlı təlimçi qoruyucu qəfəsin qapısını bağlamayıb. Bunu tez-tez edən Daule qəfildən şirlərin birinin hücumuna məruz qalıb. Boynundan ağır dişlək yaraları alan təlimçi oradaca canını tapşırıb.
Qeyd edək ki, parkın mühafizə xidməti cəsədin şir tərəfindən parçalanmaması üçün onu güllələməli olublar.
L.Tağıyeva
çap et