525.Az

Yaxın Şərqdə münaqişələr ABŞ regionu tərk etdikdən sonra bitəcək - Xamenei


 

Yaxın Şərqdə münaqişələr ABŞ regionu tərk etdikdən sonra bitəcək - <b style="color:red">Xamenei</b>

Yaxın Şərqdə hərbi münaqişələr ABŞ və Avropa ölkələrinin bölgəni tərk etməsi ilə sona çatacaq.

525.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın ali lideri Ayətullah Əli Xamenei deyib.

“Əgər onlar [ABŞ və Avropa] regionu tərk etsələr, şübhəsiz ki, münaqişələr, müharibələr və toqquşmalar tamamilə dayanacaq”, - əlavə edib.

Onun fikrincə, Yaxın Şərq ölkələri gələcəkdə müstəqil şəkildə öz ərazilərində asayişi bərpa edə və sülh şəraitində yaşaya biləcəklər.

Oktyabrın 1-də İran İsrailə bir neçə yüz raket atıb, xüsusilə, Qüds və Təl-Əviv şəhərlərində partlayışlar qeydə alınıb. Hücuma səbəb Livan Hizbullah hərəkatının və Fələstin HƏMAS hərəkatının infrastrukturunun dağıdılması olub.

Pərvanə Sultanova

 

 





02.10.2024    çap et  çap et