525.Az

Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin çıxışına cavab verib


 

Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin çıxışına cavab verib<b style="color:red"></b>

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Ermənistan XİN rəhbəri Arorat Mirzoyana cavab verib.

525.az xəbər verir ki, XİN sözçüsü məsələ ilə bağlı “X” hesabında paylaşım edib.

O paylaşımda bildirib ki, A. Mirzoyan Varşava Forumunda Azərbaycana qarşı həqiqətə uyğun olmayan fikirlər səsləndirib.

A. Hacızadə eyni zamanda qeyd edib ki, Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib.

Belə ki, Ermənistan XİN rəhbəri forum çərçivəsində çıxışı zamanı dezinformasiya və manipulyasiya aparmaqla məşğul olub.

 





02.10.2024    çap et  çap et