525.Az

Yaponiyada aeroportda bomba partladı - 80 reys təxirə salındı


 

Yaponiyada aeroportda bomba partladı - <b style="color:red">80 reys təxirə salındı</b>

Yaponiyanın Miaydzaki aeroportunun ərazisində baş vermiş partlayış hava limanının işini iflic edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış bu gün günorta saatlarında baş verib.

Uçuş-eniş zolağında bomba partlaması nəticəsində böyük çala yaranıb. Məhz bu üzdən təyyarələrin hərəkəti mümkün olmayıb. Partlayış nəticəsində yaxınlıqda təyyarə və insan olmadığından zərər və insan itkisi yoxdur.

Qeyd edək ki, hadisənin terrorla heç bir əlaqəsi yoxdur. Bomba aeroportun ərazisinə 2-ci Dünya müharibəsi dövründə basdırılıbmış. Onun indiyə kimi ərazidə tikinti işləri gedərkən partlamaması və indi hansı səbəbdən işə düşməsi maraq doğurur.

L.Tağıyeva

 





02.10.2024    çap et  çap et