ABŞ-nin Qrin-Bey şəhərinin ömürlük həbs olunmuş 2 sakini 24 il sonra bəraət alıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Robert və Devid Bints qardaşları 1987-ci ildə Sandra Lison adlı qadını zorlayaraq öldürməkdə ittiham olunaraq həbs edilmişdilər.
Sandra Lison "Good Times" barından evə qayıdarkən itkin düşmüş, az sonra onun cəsədi meşəlik ərazidə tapılmışdı. Qadının qətli heç bir dəlil-sübutsuz həmin gecə "Good Times"da olan qardaşların boynuna qoyulmuş və hər ikisinə ömürlük həbs cəzası kəsilmişdi.
2023-cü ildə Viskonsin ştatında "Innocence Project"in ("Günahsızlıq" layihəsi) hadisə yerindən götürülmüş DNT nümunələrini təkrar araşdırmasından sonra qətli Uilyam Hendriks adlı birinin törətdiyini üzə çıxardı və qardaşlar bəraət aldılar.
Qeyd edək ki, ötən ən həftə azadlığa çıxan Robert və Devid 24 il səbəbsiz yerə həbsdə yatdıqlarına görə dövlətdən kompensasiya tələb edəcəklərini bildiriblər.
L.Tağıyeva
çap et