525.Az

Nazirlik "Ebola" məsələsinə aydınlıq gətirdi


 

Nazirlik "Ebola" məsələsinə aydınlıq gətirdi<b style="color:red"></b> Səhiyyə Nazirliyi Sumqayıtda "Ebola" virusunun aşkarlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında yazılanların cəfəngiyat olduğunu deyib. O qeyd edib ki, məlum xəbər jurnalist səhvi və qeyri-peşəkarlığının nəticəsidir. A. Qədirlinin sözlərinə görə, ölkə ərazisində "Ebola" virusu aşkarlanmayıb:
 
“Səhiyyə Nazirliyinin "Ebola" virusuna qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı təlimatları var və bunu da respublikanın bütün mərkəzi xəstəxanaları əldə edib. Bu gün ölkədə mövcud vəziyyət stabildir və heç bir hal aşkar edilməyib”.
 
Sumqayıt şəhər Səhiyyə İdarəsinin müdiri Ələkbər Tağıyev də APA-ya açıqlamasında yazılanların yalan olduğunu söyləyib:

“Azərbaycanda belə bir virus yoxdur. Sumqayıt şəhərində də hansısa xarici vətəndaş bu təhlükə ilə bağlı xəstəxanaya müraciət etməyib. Əgər belə bir hal olsaydı, bütün ölkəyə məlumat yayılardı. "Ebola" virusuna qarşı profilaktik tədbirlərin görülməsi ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən müvafiq əmr daxil olub ki, həkimlər, tibb işçiləri hər zaman hazır olsunlar. Biz də bu əmri Sumqayıt üzrə bütün yerli idarələrə çatdırmışıq. Daimi profilaktik işimiz də bütün vəziyyətlərə qarşı hazır olmaqdan ibarətdir”.
 
Qeyd edək ki, mediada Sumqayıt şəhərində halının pisləşməsi ilə əlaqədar xəstəxanaya müraciət edən xarici ölkə vətəndaşının "Ebola" virusuna yoluxma ehtimalı ilə əlaqədar nəzarət altına alındığı barədə xəbər yayılıb.
 





03.11.2014    çap et  çap et