525.Az

Pavel Durova uşaqları ilə görüşmək qadağan edilib


 

Pavel Durova uşaqları ilə görüşmək <b style="color:red"> qadağan edilib</b>

Teleqramın həmtəsisçisi Pavel Durova uşaqları ilə görüşmək qadağan edilib.

525.az “Arqumentı i faktı” qəzetinə istinadən xəbər verir ki, bu barədə Durovun 3 övladının anası İrina Bolqar bildirib.

“Hazırda Pavel hüquqi cəhətdən uşaqlarla ünsiyyət qura bilməz. Hüquq-mühafizə orqanları bu məsələyə nəzarət edirlər”, - deyə o vurğulayıb.

Xatırladaq ki, daha əvvəl İ.Bolqar Durovun övladlarından birinə qarşı fiziki zorakılıq tətbiq etdiyi, həmçinin ayda 150 000 avro məbləğində aliment ödəmədiyi iddiası ilə məhkəməyə müraciət edib. İsveçrədə Uşaqların və Böyüklərin Müdafiəsi üzrə Tribunal sahibkarı valideynlik hüququndan məhrum etmək qərarına gəlib.

İbrahim Cəfərov

 





03.10.2024    çap et  çap et