525.Az

Aİ-dən Livana 30 milyon avroluq humanitar yardım


 

Aİ-dən Livana 30 milyon avroluq <b style="color:red"> humanitar yardım</b>

Avropa İttifaqı (Aİ) ölkənin cənubunda münaqişənin kəskinləşməsi ilə əlaqədar Livana daha 30 milyon avro həcmində humanitar yardım ayırıb.

525.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Bildirilir ki, bununla da 2024-cü ildə Livan əhalisinin ehtiyacları üçün Aİ-nin ayırdığı vəsait 100 milyon avronu keçib.

Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, o, Yaxın Şərqdə gərginliyin artmasından son dərəcə narahatdır.

Fon der Leyenin sözlərinə görə, hazırkı çətin zamanda mülki əhalinin müdafiəsi üçün mümkün olan hər şey edilməlidir.

Həmçinin o bildirib ki, Brüssel Livanla sərhəddə və Qəzza zolağında atəşkəs, eləcə də bütün girovların azad edilməsi çağırışını davam etdirir.

İbrahim Cəfərov

 





03.10.2024    çap et  çap et