Çin Yaxın Şərqdəki təlatümlü vəziyyətdən dərin narahatlığını ifadə edir, həmçinin Qəzzada hərtərəfli və daimi atəşkəsin mümkün qədər tez əldə edilməsinə çağırır.
525.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Livan-İsrail və İran-İsrail mövzusu ilə bağlı danışarkən deyib.
Qeyd olunub ki, Çin tərəfi Livanın suverenliyinə, təhlükəsizliyinə, ərazi bütövlüyünə yönəlmiş hücumlara, habelə ziddiyyətlərin kəskinləşməsinə və münaqişənin genişlənməsinə qarşıdır. Çin beynəlxalq ictimaiyyəti, xüsusən də güclü dövlətləri qarşıdurmanın dayandırmaq üçün konstruktiv rol oynamağa çağırır.
Rəsmi Pekin hesab edir ki, Yaxın Şərqdə hazırkı qeyri-sabitliyin əsas səbəbi Qəzzada hələ də atəşkəsin yerinə yetirilməməsidir və müxtəlif tərəfləri mümkün qədər tez bir zamanda hərtərəfli və daimi atəşkəs tətbiq etməyə çağırır.
Yada salaq ki, sentyabrın 1-də İsrail Livanın cənubunda quru hərbi əməliyyatlara başlayıb, oktyabrın 2-də isə səhər tezdən İran İsrail ərazisinə zərbələr endirib.
Pərvanə Sultanova
çap et