525.Az

Böyük Britaniya Livandan təxliyəyə başlayıb


 

Böyük Britaniya Livandan təxliyəyə başlayıb<b style="color:red"></b>

Britaniya Xarici İşlər Nazirliyi Livandakı Britaniya vətəndaşlarının təxliyyəsinə başlayıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada, Livandan təxliyə edilən Britaniya vətəndaşları üçün tamamilə kommersiya məqsədli sərnişin təyyarəsinin icarəyə götürüldüyü bildirilib.

Açıqlamada Britaniya vətəndaşlarının, onların həyat yoldaşlarının və 18 yaşından kiçik uşaqlarının təyyarəyə qəbul edildiyi, uçuşun Beyrutdakı Rafik Həriri hava limanından həyata keçirildiyi bildirilib.

Malik Atilay 

 





03.10.2024    çap et  çap et