Daxili qaydalara görə, Vatikan bankında qohumluq əlaqələri olan əməkdaşlar işləyə bilməzlər.
525.az İtaliya KİV-ə istinadən xəbər verir ki, cütlük hələ avqust ayında nikah bağlayıb. Bank xəbərdarlıq edib ki, onlardan biri 1 ay ərzində öz istəyilə işdən çıxsa, digəri bankda qala bilər.
Amma nə kişi, nə də qadın işindən ayrılmayıb. Belə olan təqdirdə bank onların hər ikisini işdən azad edib.
Qeyd edək ki, İtaliya mətbuatında "Romeo və Cülyetta" adlandırılan cütlük Roma Papasına işlərinə bərpa olunmaq istəyilə məktub ünvanlayıb. Əgər məsələ həllini tapmasa, "Romeo və Cülyetta" Vatikan Məhkəməsinə müraciət edəcək.
L.Tağıyeva
çap et