525.Az

Filippində 5,9 bal gücündə zəlzələ


 

Filippində 5,9 bal gücündə zəlzələ<b style="color:red"></b>

Filippinin Panqaniban bölgəsi sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Panqaniban bölgəsindən 69 kilometr şimal-şərqdə olduğunu açıqlayıb.

Təxminən 10 kilometr dərinlikdə qeydə alınan 5,9 bal gücündə zəlzələdə can və mal itkisi qeydə alınmayıb.

Qeyd edək ki, zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.

Malik Atilay 

 





03.10.2024    çap et  çap et