Hadisə İtaliyanın Brindiza hava limanında baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İrlandiyanın "Ryanair" aviakompaniyasına məxsus "Boeing 737-800" sərnişin təyyarəsi uçuşa hazırlaşarkən mühərriklərdən biri qəfil alışıb.
Pilot uçuşu ləğv edib, sərnişinlər təcili təxliyyə olunublar.
Hadisə yerinə çatan yanğınsöndürənlər alovu ram edərək, yanacaq çəninə və digər hissələr keçmısinin qarşısını alıblar.
Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmasa da, təyyarəyə ciddi ziyan dəyib, həmçinin , aeroportun işində müəyyən fasilə yaranıb.
L.Tağıyeva
çap et