525.Az

Merapi vulkanının püskürməsindən sonra həyəcan təbili çalıb


 

Merapi vulkanının püskürməsindən sonra həyəcan təbili çalıb<b style="color:red"></b>

İndoneziya əhalinin sıx məskunlaşdığı Yava adasında Merapi vulkanının püskürməsindən sonra xəbərdarlıq səviyyəsini 3-ə qaldırıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin ən aktiv vulkanı olan Merapi yenidən aktivləşib.

Tez-tez aktiv olan vulkan ətrafdakılar üçün yüksək risk yaratdığı üçün bölgədə həyəcan səviyyəsi 3-ə qaldırılıb.

"Lava axını maksimum 1500 metr dərinliyə çata bilər", - Geoloji Fəlakət Texnologiyaları Araşdırma və İnkişaf Mərkəzinin rəhbəri Agus Budi Santoso deyib.

Səlahiyyətlilər sakinlərə çay dərələrindən və lava axınının yayıla biləcəyi məhdud ərazilərdən uzaq durmağı tövsiyə edib.

Merapi vulkanının sonuncu böyük püskürməsi 2010-cu ildə 347 nəfərin ölümünə və 20 min insanın təxliyəsinə səbəb olub.

Qeyd edək ki, "Sakit okean od halqası" zəlzələ və vulkan qurşağında olan İndoneziyada 130 aktiv vulkan var.

Malik Atilay 

 





03.10.2024    çap et  çap et