525.Az

Türkiyə İsrailin Quterreşi persona non qrata elan etmə qərarını pisləyib


 

Türkiyə İsrailin Quterreşi persona non qrata elan etmə qərarını pisləyib<b style="color:red"></b>

Türkiyənin Milli Təhlükəsizlik Şurası (MTŞ) İsrail iqtidarının BMT-nin Baş katibi Antoniu Quterreşi persona non qrata elan etmək qərarını pisləyib.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilmiş MTŞ iclasının yekunlarına dair yazılı kommünikedə deyilir.

“İsrailin BMT-nin Baş katibini persona non qrata elan etmək və ölkəyə girişini yasaqlamaq qərarı MTŞ tərəfindən İsrailin qanunsuzluğunun son örnəyi kimi pislənib”, – kommünikedə qeyd olunub.

MTŞ həmçinin Fələstində atəşkəs rejiminin təxirəsalınmaz şəkildə qurulmasını təmin etmək üçün birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

 





03.10.2024    çap et  çap et