Avstraliyanın Sağlam Beyin Qocalması Mərkəzinin alimləri ilk dəfə insult keçirən yaşlı insanların koqnitiv funksiyalarının dərhal azaldığını aşkar ediblər.
525.az xəbər verir ki, araşdırmanın nəticələri "JAMA Network Open" jurnalında dərc olunub. Tədqiqatçılar 11 ölkədən insult və ya demans tarixi olmayan yaşlı insanların daxil olduğu əvvəllər dərc edilmiş 14 tədqiqatın meta-analizini aparıblar.
İştirakçıların orta yaşı 73 olub. Uzun illər ərzində elm adamları onların sağlamlıq və idrak qabiliyyətlərindəki dəyişiklikləri izləyiblər.
Tədqiqatçılar 20 860 iştirakçı arasında ilk dəfə insult keçirmiş insanları müəyyən ediblər və xoşagəlməz hadisədən sonra onların düşüncə və yaddaşında pozulmalar aşkarlayıblar.
Məlum olub ki, yaşlı insanlar insultdan sonra koqnitiv bacarıqlarda sürətli, uzunmüddətli və əhəmiyyətli dərəcədə azalma yaşayıblar. Pisləşmə nitqə, məlumatın emal sürətinə və icra funksiyalarına təsir edib. Şəkərli diabet, hipertoniya, ürək-damar xəstəlikləri və depressiyadan əziyyət çəkən insanların insult keçirmədən tez bir zamanda koqnitiv pozuntuları da müəyyən edilib.
Pərvanə Sultanova
çap et