Alman vətəndaşı "bit bazarı"ndan gəzərkən qarşısına maraqlı əşya çıxıb.
525.az Almaniya mətbuatına istinadən xəbər verir ki, adı çəkilməyən həmin şəxs bəyəndiyi əşyanı ucuz olduğu üçün alıb və şəkilini sosial şəbəkə hesabında paylaşıb.
Az sonra onun statusuna keçmiş hərbçi şərh yazaraq əşyanın təhlükəli olduğunu bildirib və mütəxəssislərə göstəməsini məsləhət görüb. Hətta qurğuşun flakonun radiasiya saçma ehtimalının mümkünlüyünü də yazıb.
Məsləhəti ciddi qəbul edən alman təcili yanğınsöndürənləri köməyə çağırıb.
Mütəxəssislər xüsusi cihazla flakonun böyük miqdarda radiasiya mənbəyi olduğunu müəyyənləşdirdikdən sonra həyəcan təbili çalınıb. 6 yanğınsöndürən, 3 təcili tibbi yardım və 3 polis briqadası evin bütün sakinlərini təxliyə edib, qabı isə laboratoriyaya aparıblar.
Qeyd edək ki, sonradan qabda radioaktiv maddə toriumun olduğu müəyyənləşdirilib.
L.Tağıyeva
çap et