ABŞ İsrailə hücuma görə İrana qarşı yeni sanksiyalar tətbiq etməyi düşünür.
525.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden deyib.
O, sanksiyaların ölkənin neft sənayesinə təsir edə biləcəyini düşünür.
Xatırladaq ki, oktyabrın 1-i İran İsrailə 500-ə yaxın ballistik raket atıb. Hücum “Hizbullah” və HƏMAS liderlərinin öldürülməsinə cavab xarakteri daşıyıb.
Bundan sonra İsrail BMT-ni İrana qarşı sərt sanksiyalar tətbiq etməyə çağırıb. İsrail tərəfi həmçinin xəbərdarlıq edib ki, bu hücumun cavabı rəsmi Tehranın təsəvvür etdiyindən də pis olacaq.
İbrahim Cəfərov
çap et