Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə sərhəddə yerləşən Sumı vilayətində hərbi qərargahın iclasını keçirib.
525.az xəbər verir ki, bu barədə o, özünün teleqram kanalında bildirib.
Zelenski Sumı vilayətinə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski ilə birlikdə gəlib.
“Mən burada qərargahın iclasını keçirdim. Bizim üçün əsas məsələ infrastrukturumuzun, enerji sektorumuzun və hava hücumundan müdafiənin işidir”, - deyə Ukrayna prezidenti vurğulayıb.
O qeyd edib ki, Hərbi Hava Qüvvələrinin, “Vostok” qoşun qrupunun komandanlığının, energetika naziri German Qaluşenkonun, dövlət enerji şirkətlərinin nümayəndələrinin hesabatlarını dinləyib.
“Bizim regiona dəstək verməklə bağlı qərarlarımız var və növbəti iclas Sumı vilayətinin və digər sərhədyanı rayonlarımızın enerji sektoruna həsr olunacaq. Bu, qışdan əvvəl ən vacib məsələdir”, - deyə Zelenski əlavə edib.
İbrahim Cəfərov
çap et